Yaponiyada koronavirusdan ölənlərin sayı artıb

Dünya

01.03.2020 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Yaponiyanın Hokkaydo prefekturasında COVID-19 koronavirusuna yoluxan 70 yaşlı kişi dünyasını dəyişib.

 

AYNA “TASS”a istinadən xəbər verir ki, bununla da Yaponiyada yeni virusdan ölənlərin sayı 12 nəfərə çatıb.

 

Ən çox virusa yoluxma halı Hokkaydo adasının şimalında qeydə alınıb. Hazırda xəstəxanalarda 66 nəfər koronavirusdan müalicə alır. 

 

Artıq Hokkaydo prefekturasında koronavirusla əlaqədar fövqəladə vəziyyət elan edilib.

 

Yaponiya Səhiyyə Nazirliyinin son məlumatına görə, ölkədə koronavirusun yeni növünə yoluxanların sayı 947 nəfərdir. 

 

Onların 705 nəfəri karantinə alınan “Diamond Princess” gəmisinin sərnişinləridir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş