Yalçın Adıgözəlov Opera və Balet Teatrındakı vəzifəsindən çıxıb
Xalq artisti, professor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilib. AYNA.AZ xəbər verir ki, bu barədə APA-ya Xalq artisti özü bildirib.
O 2024-cü ildə teatrdan ayrıldığını, buna "oradakı qəbuledilməz şəraitin" səbəb olduğunu qeyd edib: "Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir teatrdan uzaqlaşmışam. Bu barədə bu günə qədər heç yerdə danışmamışdım".