Mehriban Ələkbərzadəyə vəzifə verildi

Mədəniyyət

14.03.2022 - 17:42

Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına yeni baş rejissor təyin olunub.

AYNA-nın məlumatına görə, Mehriban Ələkbərzadə müvafiq əmrə əsasən, YUĞ Dövlət Teatrının baş rejissoru vəzifəsindən azad edilərək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, M.Ələkbərzadə 2017-ci ildən Azərbaycan Dövlət YUĞ Teatrında baş rejissor kimi fəaliyyət göstərirdi.

Müəllif: Ayna.az