“Pis oğlanlar” “CinemaPlus”da

Mədəniyyət

24.01.2020 - 21:17

Həkimlər Klinikalar SEO Xidməti

Filmin rejissorları Bilal Falla və Adil El Arbidir

 

“Gənclik Mall” TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında birinci hissəsi 25 il öncə çəkilmiş və uzun müddətdir gözlənilən “Pis oğlanlar 3” filminin təqdimatı keçirilib.

 

Tədbirdə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru Rüstəm Kərimov və Arogun Johnny Ayomide Uill Smitin və Martin Lourensin filmdəki obrazlarını canlandırıblar.

 

“CinemaPlus”un rəsmi təfəfdaşı olan “The Five” şirkətinin rep ulduzları Epi və FTB film üçün hazırladığı soundtreki təqdim ediblər. Daha sonra isə “Caspian Flava Crew” breyk-dans komandasının üzvləri Zəvvar Kərimov, Kamran Quliyev və Aqil Quliyev qonaqlara rəqs şou nümayiş etdiriblər.

 

Gecəyə şou-biznes ulduzları, jurnalistlər, blogerlər və böyük şirkətlərin nümayəndələri qatılıblar.

 

Qeyd edək ki, filmin rejissorları Bilal Falla və Adil El Arbidir. Baş rollarda Uill Smit, Martin Lourens və Vanessa Enn Hadcens çəkilib.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

Müəllif: Ayna.az

Simurq

Dünən, 16:45 Mədəniyyət