Elxan Qasımov dəfn edilib

Mədəniyyət

30.05.2023 - 12:57

Əməkdar artist Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb

Dünən vəfat edən Əməkdar artist Elxan Qasımov dəfn olunub. AYNA xəbər verir ki, Əməkdar artist Xırdalan qəbiristanlığında oğlunun məzarının yanında torpağa tapşırılıb.

Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər.

Qeyd edək ki, Əməkdar artist bir müddət imiş ki, xəstəlikdən əziyyət çəıkirmiş.

Xatırladaq ki, Elxan Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. O, “Əhməd haradadır” filmində “sürücü Əhməd” obrazı ilə tanınıb. 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyən incəsnət xadimi bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Müəllif: Ayna.az