ÜST rəhbəri: “Səhvlərimizdən dərs alırıq, indi daha çox virusla mübarizə barədə düşünürük”
ABŞ Prezidenti Donald Tramp son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tez-tez tənqid edir. O, beynəlxalq təşkilatı Çinlə gizli əməkdaşlıqda, fəaliyyətsizlik və dünyaya virusla bağlı gec xəbərdarlıq etməkdə təqsirləndirir.
AYNA xarici mətbuata istinadən xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Ghebreyesus Ağ Ev rəhbərinin ittihamlarına belə cavab verib: “Səhvlərimizdən dərs alırıq, indi daha çox virusla mübarizə barədə düşünürük. Bu vəziyyəti siyasi polemikaya çevirsək, daha çox cəsəd torbasına ehtiyacımız olacaq. Əgər istəyiniz budursa, onda davam edin. Bu virus dünyada yeni bir infeksiya olduğundan, onunla necə davranacağımızı bilmirik”.
ÜST rəhbəri onu da vurğulayıb ki, aylardır irqçi hədələr alır və hətta ölümlə təhdid olunur.