Rusiyada elektrik stansiyasına zərbə endirilib

Dünya

26.06.2026 - 10:14

Ukrayna Tula vilayətində elektrik stansiyanı PUA ilə vurub

Rusiyanın Tula vilayətində Novomoskovsk Dövlət Rayon Elektrik Stansiyası (GRES) yanır.

AYNA.AZ ASTRA "Telegram" kanalına istindən bildirir ki, yanğın ABŞ Milli Aeronavtika və Kosmik Administrasiyasının yanğın monitorinq sistemi tərəfindən qeydə alınıb.

Bu GRES Novomoskovsk Azot Səhmdar Cəmiyyətinin törəmə müəssisəsidir.

26 iyun gecəsi Novosmoskovsk sakinləri çoxsaylı partlayışlar barədə məlumat veriblər. Tula bölgəsinin qubernatoru Novomoskovskdakı sənaye müəssisəsində ziyanı təsdiqləyərək bölgənin Ukrayna dronlarının kütləvi hücumuna məruz qaldığını bildirib. Həmçinin, Şekino rayonunda bir qadının yaralandığı və yaşayış binasının zədələndiyi bildirilib.

Novomoskovsk Dövlət Rayon Elektrik Stansiyası şəhərin yaşayış sektorunun və sosial obyektlərinin 60%-ni istilik və isti su ilə təmin edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş