Venesiyanın yenə bəxti gətirmədi

Dünya

15.05.2020 - 16:41

cedabet Klinikalar SEO Xidməti

İlkin versiyalara görə, zavodun bir işçisi yaralanıb

 

Pandemiyadan əziyyət çəkən İtaliyada kimyəvi zavodda baş verən partlayış hadisəsi böyük təşviş yaradıb. AYNA xarici mediaya əsəsən xəbər verir ki, partlama Venesiyanın Porto Marqhera bölgəsindəki zavodda baş verib.

 

Partlayışın ardınca göy üzünü bürüyən qara duman səbəbindən bölgənin rəsmiləri xəbərdarlıqla çıxış edib. Vətəndaşlara evdə qalmaları, pəncərələri bağlı saxlamaları tövsiyə olunub.

 

İlkin versiyalara görə, zavodun bir işçisi yaralanıb. Partlayışın səbəbi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş