ÜST: Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri keçib

Dünya

09.04.2020 - 01:36

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Dünyada koronavirusa yoluxanların sayı 1,35 milyon nəfərə çatıb.

 

AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

 

Məlumatda bildirilir ki, dünyada 79,2 min insan pandemiyanın qurbanı olub. 

 

"Hazırda dünyada koronavirusa yoluxanların sayı 1 353 361 nəfərdir. İndiyə kimi 79 235 nəfər pandemiyanın qurbanı olub", - deyə xəbərdə qeyd edilir.

 

Təşkilatın məlumatına görə, son sutka ərzində dünyada daha 73 639 nəfər koronavirusa yoluxub, 6 695 nəfər COVID-19 infeksiyasından ölüb.

 

Hazırda dünyada koronavirusa ən çox yoluxma Avropa regionunun payına düşür. Köhnə qitədə 720 219 nəfər koronavirusa yoluxub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş