“Ural”ın fəhlələri Putinə müraciət ediblər: “Vəziyyəti gərginləşdirirlər”

Dünya

05.12.2023 - 16:25

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: ““Ural” işçilərinin xarici agentlər haqqında qanunu sərtləşdirməklə bağlı çağırışını görməmişik”

“Kreml Ural avtomobil zavodunun işçilərinin xarici agentlər haqqında qanunun sərtləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciətini hələ görməyib”. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.

“Bildirilir ki, fəhlələr ictimai şüurun xarici agentlər tərəfindən manipulyasiyasını məhdudlaşdırmaq üçün daha sərt qanunlar tələb ediblər. Amma biz bunu hələ görməmişik", deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti yazıb ki, “Ural”ın işçiləri Putinə videomüraciət ünvanlayıblar və müraciətdə onu xarici agentlərlə bağlı qanunu sərtləşdirməyə çağırıblar. Onların fikrincə, xarici mətbuat və onların təsiri altında olan şəxslər sosial şəbəkələr və messencerlər vasitəsilə vəziyyəti gərginləşdirir, insanları kütləvi tədbirlərə çağırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş