Alimlərdən ibarət beynəlxalq qrup ulduz təkamülünü öyrənməyin yeni üsulunu kəşf edib. AYNA AZƏRTAC-a istinadən bildirir ki, yeni metod parlaq göy cisimlərinin yaranma tarixini planetlərin çəkisi və radiusu ilə müəyyən edəcəklər.
Astronomların və riyaziyyatçıların daxil olduqları qrup multiplanetar sistemin əsas ulduzlarının təkamülü prosesinin riyazi analizini işləyib hazırlayıb. Alimlər bir və ya bir neçə yaxın orbitli planetin (mini Neptun qaz planetinin və "ana" ulduzların təsiri altında meydana gələn Yerə bənzər ekzotik planetin) məlum çəkisini hesablayıblar. Bu cür yanaşma tərzi ulduzun fırlanma sürətinin tarixini və onun aktivliyini müəyyən etməyə imkan verir. Yeni üsulla ulduz aktivliyinin təkamülünü, o cümlədən ultrabənövşəyi, yaxud rentgen şüalanmasını öyrənmək yolu ilə onlar yaxın orbitli multiplanetar sistemə daxil olan planetin çəkisini müəyyən edirlər. Bu metod astrofiziklərə imkan verir ki, onlar planetar sistemin riyazi proqnozlarını müqayisə edərək təkamül prosesini dədiqləşdirsinlər.
Tədqiqatların nəticələri göstərib ki, yaxın orbitli planetin atmosfer təkamülünün modelləşdirilməsi ulduzların fırlanması tarixinə aydınlıq gətirir. Bundan başqa, bir neçə planet sisteminin az məlum olan parametrlərini (məsələn, planetin çəkisi və radiusu) müəyyən etmək də mümkündür. O da məlum olub ki, çəkisinə görə Neptun ağırlığında və ya ondan kiçik olan, habelə hidrogenin üstünlük təşkil etdiyi yaxın orbitli planetləri də bu metodla öyrənmək olar. Bu tədqiqat HD 3167 и K2-32 planetlərarası ulduzlar sistemində aparılıb. Müəyyən edilib ki, onların çəkisində fərqlər az olsa da, birinci ulduz orta və yüksək sürətlə, ikincisi isə daha yavaş templə fırlanır.
Tədqiqat müəllifləri hesab edirlər ki, bu metod Avropa Kosmik Agentliyinin hazırladığı PLATO (Planetary Transits and Oscillations of Stars) missiyası çərçivəsində istifadə oluna bilər. Yeni üsul 2026-cı ildə kosmosa buraxılacaq yüksək texniki göstəriciləri olan teleskopun köməyi ilə planetar sistemləri müşahidə etməyə də imkan verəcək.