Min il əvvələ səyahət: nağıllar aləmində - FOTO, VİDEO

Maraqlı

24.02.2024 - 17:20

Bu ecazkar məkanda insan özünü qədimiliklə müasirliyin qovşağında hiss edir

Qurqur şəlaləsi qış aylarında ölkəmizdə ən görməli yerlərindən biridir. Qubanın Qrız kəndi ərazisindəki bu şəlalə dəniz səviyyəsindən 2190 metr hündürlükdə yerləşir.

Qayalıqlar arasından süzülən su şaxtanın təsirindən donub buz bağlayır. Şəlalənin töküldüyü mağarada hər yer buz bağladığından insan özünü nağıllar aləmində hiss edir.

Bu ecazkar məkana getmək üçün iki yol var. Bunlardan biri mənzərəli Quba-Xınalıq yolundan çayı keçərək, üzü şimal istiqamətinə getməklə mümkündür. Təxminən 5 km uzunluğundakı bu yol mənzərəli olsa da, çox çətindir və yalnız yolsuzluq avtomobilləri irəliləyə bilir.

Digər yol isə Qusar ərazisindən keçir ki, bu yol nisbətən rahatdır. Buna baxmayaraq, həm yaxınlığı, həm də gözəlliyinə görə yerli sakinlər və turistlər ən çox Xınalıq istiqamətindəki yola üstünlük verirlər.

Kəndin yuxarı hissəsində avtomibil yolu bitir və şəlaləyə doğru ayaqla 3 km-ə yaxın çətin olmayan məsafə qət etmək lazım gəlir. Piyada yerimək istəməyən, yaxud məhdudiyyəti olub ərazini görmək istəyənlər üçün yerli sakinlər burada müəyyən məbləğ daxilində atla səfər təklif edirlər. Eyni zamanda şəlalənin yaxınlığında çay içib kənd sovqatları, dağ çiçəkləri də almaq mümkündür.

Qurqur şəlaləsini görüb qayıdarkən, mütləq görüləcək işlərdən biri Qrıza baş çəkmək, buranı gəzməkdir. Tarixi mənbələrdə yaşı X əsrədək gedib çıxan kənddə hazırda təxminən 30-40 ev var və 300-dək sakin yaşayır. Amma bir vaxtlar burada 700-dən çox evin olduğu deyilir.

Qrızı gəzdikcə insan özünü qədimiliklə müasirliyin qovşağında hiss edir. Qurqur şəlaləsinin unudulan və boşalmaqda olan bir kəndi yenidən dirçəltdiyini iddia etsək, yanılmarıq.

Ekoaktivistlərin sayəsində bura yenidən kəşf olundu və turistlərin ən çox gəldiyi məkanlardan birinə çevrildi. Mütəmadi turist səfərləri kəndlilərin sosial həyatına xeyli müsbət təsir edir.

Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində - Min il əvvələ səyahət: nağıllar aləmində -
Müəllif: İlham Mustafa