Hadisə zamanı ümumilikdə 117 nəfər yaralanıb
Ukraynanın Çerniqov vilayətinə ballistik raketlərlə hücum olub. AYNA UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi vilayət administrasiyasından bildirilib.
Qeyd olunub ki, hadisə nəticəsində 7 nəfər ölüb, 117 nəfər yaralanıb.
Qərb bölgələri istisna olmaqla ölkənin bütün ərazisində hava həyəcanı elan edilib.