Ukraynada mer seçkiləri keçiriləcək

Dünya

15.09.2020 - 13:35

Həkimlər Klinikalar SEO Xidməti

Namizədlərin qeydiyyat prosesi başlayıb

 

Ukraynada yerli seçkilərə start verilib. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən etibarən namizədlərin qeydiyyatına başlayıb.

 

Mer vəzifəsinə namizədlərin qeydiyyatı prosesi sentyabrın 24-dək davam edəcək. Oktyabrın 23-dək namizədlərin təbliğat-təşviqat kampaniyası davam edəcək.

 

Oktyabrın 25-də isə yerli seçkilər keçiriləcək. Noyabrın 3-dək isə MSK yerli seçkilərin nəticələrini açıqlayacaq. Seçkilər Ukraynanın 24 bölgəsində aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş