Ukraynada COVID-19 təhlükəsi davam edir

Dünya

25.06.2020 - 12:51

Son sutkada 994 nəfər koronavirusa yoluxub

 

Ukraynada COVID-19-un yayılması təhlükəsi davam edir. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, Ukraynada son sutkada 994 nəfər koronavirusa yoluxub. Ən çox yoluxma Kiyev, Lvov və Odessa və Zakarpatı vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 40 min 8 nəfərə çatıb. 17 min 758 nəfər isə müalicə olunaraq sağalıb və evə buraxılıb. Virusdan ölənlərin sayı isə 1067 nəfərdir.

 

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Bəzi bölgələrdə karantin vəziyyəti sərtləşdirilib.

Müəllif: Ayna.az