Ukrayna səfirliklərinə “poçt terroru”nun arxasında kim dayanır?

Dünya

04.12.2022 - 21:48

Məqsəd bu “bağlamaların” qeydə alındığı ölkələrin Ukraynaya dost olmadığını göstərmək idisə, bu, mümkün deyil

Əvvəlcə Ukraynanın Madriddəki səfirliyinə içərisində partlayıcı maddə olan məktub daxil olub. Daha sonra Avropanın 5 ölkəsindəki ukraynalı diplomatlar içərisində heyvan gözləri olan qanlı bağlamalar alıblar. Bu cür mesajları Ukraynanın Macarıstan, Hollandiya, Polşa, Xorvatiya, İtaliya səfirlikləri, Neapol (İtaliya), Krakov (Polşa) və həmçinin Brnodakı (Çexiya) konsulluqları gəlib.

Ukraynanın Vatikandakı səfirinin binasının girişinə də ziyan dəyib. Qazaxıstandakı səfirliyə təhlükə ilə bağlı məlumat daxil olub. Və ABŞ-dakı səfirliyə Ukrayna haqqında tənqidi məqalənin fotosurəti ilə məktub gəlib.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikovun sözlərinə görə, Madriddəki səfirliyin ərazisində baş verən partlayışın və təhlükəli məktubların arxasında Rusiya dayanır. Təbii məntiqimiz bunun arxasında onun ola biləcəyini göstərir. Lakin “poçt terroru”nun həqiqətən sifarişçisinin kim olduğu hələ sübut olunmayıb.

Ona diqqət yetirək ki, bu cür qorxutma vasitələri hələ Rusiya Federasiyasına xas olmayıb. Bununla belə, ehtimal etmək olar ki, cinayəti törədənlər Yaxın Şərqdən olan, özünü doğrultmaq üçün bu cür radikal üsullara yad olmayan insanlar ola bilər (məsələn, İran və ya digər ölkələr ola bilər). Məhz çantaların içərisində ölü heyvanların gözlərinin olması faktdır ki, bu sifariş hətta xarici siyasət məsələlərində belə “təbiətçiliyin” adi ola bildiyi ölkələrdən olan komanda tərəfindən “yaradıcılıqla işlənib”.

Digər tərəfdən, şantaj məntiqi Rusiya Federasiyasına xasdır. Ancaq bu vəziyyətdə paketlər, daha doğrusu, çarəsizlik jestinə çevrildi. Çünki Rusiyanın Ukraynadakı bütün digər terror üsulları nəticə vermədi.

Məsələn, İndoneziyada keçirilən G-20 sammiti Rusiyanın nüvə silahı ilə şantajını necə effektiv şəkildə dayandıra bildiyini xatırlayaq: o zaman on doqquz ölkə nəinki istifadəyə əl atmağın, hətta ona eyham vurmağın qəbuledilməz olduğunu bəyan etdi. Məhz bu kollektiv mövqe Rusiya Federasiyasını indiki mərhələdə effektiv şəkildə dayandıra bildi. Axı Moskva başa düşdü ki, söhbət təkcə kollektiv Qərbdən deyil, həm də Hindistan və Çindən gedir. Ola bilsin ki, Kremlin Qərblə düşmənçilik etmək istəyi var, amma şübhəsiz ki, bütün dünya ilə yox. Rusiya artıq mühacirətdə olan bir ölkəyə çevrilib.

Yəqin ki, Ukrayna diplomatlarının indiki terrorunun sifarişçisi kimi Rusiya Federasiyasının məntiqi ondan ibarət ola bilər ki, indi onun əlində yalnız radikal təzyiq üsulları qalıb. Necə ki, heç bir qorxutma metodu işə yaramadı, “gəlin “yaradıcı” üsullara əl ataq” məntiqi. Yaxud da, ola bilsin ki, Rusiya Federasiyasında vəhşi müharibəni dayandırmaq çağırışına cavab verdilər. Necə ki, “bizə onsuz da barbar deyirlərsə, biz də barbar üsullara əl ataq” məntiqi.

Lakin bütün bunlar fərziyyədir, çünki hələlik istintaqın nəticələri haqqında məlumat yoxdur və bunun arxasında kimin dayandığını təsdiq edən heç bir fakt mövcud deyil. Birincisi, bu mesajların məzmununun nədən ibarət olduğunu indi öyrənən Ukrayna Xarici İşlər Nazirliyindən məlumat gözləməliyik.

Bununla belə, “poçt terrorçularının” məqsədinin ukraynalı diplomatları qorxutmaq ola biləcəyi sirr deyil. Bu, həm də Ukraynaya qarşı düşmən münasibət nümayiş etdirmək cəhdi və əslində Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı dünyaya sübut etməyə çalışdığımız rəvayətlər kimi də şərh oluna bilər.

Amma çətin ki, partlayıcı maddələr və qanlı heyvan gözləri olan bağlamaları göndərən şəxs bu effektə nail ola bilsin. Əgər məqsəd bu “bağlamaların” qeydə alındığı ölkələrin Ukraynaya dost olmadığını göstərmək idisə, bu, mümkün deyil. Məsələn, Polşa. Polşa əhalisinin və Polşa hakimiyyətinin Ukraynaya düşmən münasibət bəslədiyinə kimisə inandırmağa çalışmaq çətindir.

Yeri gəlmişkən, bu, səfirliklərin “poçt terroru”nu sifariş edənin Rusiya olduğunu düşünmək üçün başqa bir səbəbdir. Fakt budur ki, Ukrayna dünyada tolerantlığı ilə tanınır. Hətta çətin siyasi ab-havaya malik ölkələrlə də heç bir problemimiz olmayıb. Ona görə də “poçt terroru” həqiqətən də yalnız yeni dövrlə və hətta bir nömrəli terrorçu adlandırılan bir adamın rəhbərlik etdiyi işğalçı ölkə ilə bağlı görünür.

Müəllif: Yuliya Osmolovskaya – “Globsek” Analitik Mərkəzinin Kiyev ofisinin direktoru

Mənbə: UNİAN

Qeyd: tərcümə AYNA-ya məxsusdur

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə