Vaqonun qalan hissəsi yanğından mühafizə edilib
Xaçmaz rayonunun Nabran kəndində ümumi sahəsi 12 m² olan vaqonun yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən xəbərə görə, yüksək temperaturdan yaxınlıqdakı vaqonun 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.
Vaqonun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.