Kremldən Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü barədə açıqlama

Dünya

17.05.2025 - 20:30

Həkimlər Klinikalar SEO Xidməti

“Nümayəndə heyətləri müəyyən razılığa gələrsə, görüşə bilərlər”

“Danışıqlar aparan nümayəndə heyətləri müəyyən razılığa gələrsə, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski görüşə bilərlər”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"İki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində bu nümayəndə heyətləri arasında müəyyən razılaşmalar əldə edildikdən sonra belə bir görüşün keçirilməsi mümkündür. Biz bunu mümkün hesab edirik", - Kreml sözçüsü bildirib.

Peskov görüşün “məhz iş nəticəsində və iki tərəf arasında razılaşmalar şəklində müəyyən nəticələr əldə edildikdən sonra” mümkün olduğunu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş