Rusiya səfirliyi: “Starmer kimdir ki, bunu qəbuledilməz hesab edir?”

Dünya

17.05.2025 - 16:08

Həkimlər Klinikalar SEO Xidməti

“Starmerin Moskvanın mövqeyi ilə bağlı tələsik açıqlaması çaşqınlıq yaradır”

Rusiyanın Londondakı səfirliyi hesab edir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmerin Türkiyədə Ukrayna ilə danışıqlarda Moskvanın mövqeyi ilə bağlı bəyanatı tələsikdir və çaşqınlıq yaradır. Bu barədə AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir.

Bundan əvvəl Starmer İstanbulda Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlarda Rusiyanın mövqeyinin qəbuledilməz olduğunu və Londonun cavab hazırladığını bildirib.

“O kimdir ki, bunu qəbuledilməz hesab edir? Biz Londonla danışıqlar aparmırıq”, – səfirlikdən vurğulanıb.

Diplomatik missiyadan bildirilib ki, Ukrayna Rusiya tərəfinin təklif etdiyi sülh təşəbbüslərini əvvəllər dəfələrlə sabotaj edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş