Gəncədə 18 yaşlı oğlanın ölümü ilə bağlı cinayət işi açılıb

Xəbərlər

13.05.2025 - 23:58

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində tədbirlər davam etdirilir

Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, mayın 12-də 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən yataqxanasının həyətində almış olduğu xəsarətdən bu gün müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş