Meksika gəmisi Nyu Yorkda Bruklin körpüsünə çırpılıb

Dünya

18.05.2025 - 12:11

Həkimlər Klinikalar SEO Xidməti

Gəminin göyərtəsində 200 nəfər olub: üç yaralının vəziyyəti ağırdır

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus yelkənli gəmi Nyu-Yorkda Bruklin körpüsünə çırpılıb. AYNA.AZ xəbər verir ki, bu barədə “New York Post” (NYP) məlumat yayıb.

Gəminin göyərtəsində təxminən 200 nəfər olub. Mediada dərc olunan fotoşəkillərdən görünür ki, yelkənli gəminin dirəklərindən biri Bruklin körpüsünə çırpılaraq qırılıb.

Bildirilib ki, üç nəfərin vəziyyəti ağırdır. Daha on nəfərə yaxın adam isə ağır yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş