Ərdoğan: “Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz”

Dünya

17.05.2025 - 18:35

Həkimlər Klinikalar SEO Xidməti

"İlk növbədə, müharibəni bitirmək üçün silahlar susmalı və diplomatiya danışmalıdır”

“Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz. Problemi həll etmək üçün sülh danışıqlarına başlamaq lazımdır və bu fürsəti əldən vermək olmaz”. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti deyib.

"İlk növbədə, müharibəni bitirmək üçün silahlar susmalı və diplomatiya danışmalıdır. Sülh danışıqları başlamalıdır və bu fürsəti əldən vermək olmaz. Bu müharibəni hərbi qarşıdurma və silahlarla bitirmək olmaz. Bizim ən böyük arzumuz sülh danışıqlarından yekun nəticə əldə etməkdir. Buna görə də biz bu müharibəni bitirmək üçün vasitəçilik rolumuzu davam etdirmək əzmindəyik. Tərəflər arasında dialoqun açıq qalmasını təmin etmək üçün hər cür səy göstərəcəyik”, –Türkiyə lideri vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş