Məktəblilərimiz bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar
10-16 may tarixlərində ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Tağızadə Nicat və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
AYNA.AZ Modern.az-a istinadən xəbər verir ki, artıq 14 ildir məktəblilərimiz bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də “Grand” mükafat qazanmağa müvəffəq olublar.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) orta məktəb şagirdləri üçün dünyanın ən böyük qlobal elm yarışmasıdır.