Uhandakı araşdırmalarla bağlı <font color=red> AÇIQLAMA</font>

Dünya

14.02.2021 - 03:10

Uhanda COVID-19-la bağlı aparılan araşdırmaların nəticəsi gələn həftə açıqlanacaq 
 
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-la bağlı hesabatda virusun mənşəyini aydınlaşdırmaq üçün vacib məlumatlar veriləcəyini bildirib. 
 
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus Çinin Uhan şəhərində COVID-19-un mənşəyini araşdıran qrupun xülasə hesabatının gələn həftə yayımlanacağını bildirib. Lakin o söyləyib ki, hesabatda koronavirusla bağlı bütün suallara cavab tapmaq mümkün olmayacaq. 
 
Qebreyesus bu araşdırmada iştirak edən ÜST komandasının tərkibində Avstraliya, Danimarka, Almaniya, Yaponiya, Hollandiya, Qətər, Rusiya Federasiyası, İngiltərə, ABŞ və Vyetnamdan olan mütəxəssislərin iştirak etdiyini deyib. O, komandanın ağır şərtlər altında fəaliyyət göstərdiyini diqqətə çatdırıb. 
Müəllif: Ayna.az