Türkiyədə xaricə uçuşlar başlayır

Dünya

10.06.2020 - 18:11

Uçuşları “Anadolujet” markası həyata keçirəcək

 

Türk Hava Yolları 11 iyun tarixindən xarici uçuşlara başlayır. AYNA qardaş ölkə mətbuatına istinadən xəbər verir ki, bu barədə THY-nin Baş direktoru Bilal Ekşi “Twitter” hesabında bildirib.

 

Uçuşları şirkətin “Anadolujet” markası həyata keçirəcək. İlkin olaraq 3 ölkəyə (Böyük Britaniya, Niderland, Almaniya) uçuşlar baş tutacaq. Aviareyslərin istiqamətləri və tarixi şirkətin internet saytında yerləşdirilib.

Müəllif: Ayna.az