Koronavirus can almaqda davam edir
Türkiyədə daha 76 nəfər pandemiyanın qurbanı olub.
AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Onun sözlərinə görə, ölkədə pandemiyadan ölənlərin ümumi sayı 725 nəfərə çatıb.
"Bu gün 20 023 test keçirilib, 3 892 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 34 109 nəfərdir. Bu gün daha 256 pasiyent sağaldı, ümumi say 1 582 nəfərdir", - nazir deyib.