Türkiyədə pandemiya qurbanlarının sayı 4 min nəfəri ötüb

Dünya

14.05.2020 - 23:35

cedabet Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Türkiyədə ötən sutka koronavirusdan daha 55 nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

 

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 4 007-yə  çatıb.

 

Bundan başqa, son 24 saatda ölkədə 1 635 yoluxma qeydə alınıb və beləliklə, infeksiya daşıyıcılarının sayı 144 749 nəfərə çatıb.

 

Habelə bir gündə koronavirusa yoluxmuş 2 315 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununla da infeksiyadan sağalanların sayı 104 030 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş