"Bu gün 3 672 test aparıldı, onlardan 293-ünün nəticələri müsbət oldu"
Son gündə Türkiyədə koronavirusa yoluxanların sayı 1 256 nəfərdən 1 549-a çatıb.
AYNA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter” səhifəsində məlumat verib.
Nazir qeyd edib ki, pandemiyadan ölənlərin sayı 30-dan 37 nəfərə yüksəlib: "Bu gün 3 672 test aparıldı, onlardan 293-ünün nəticələri müsbət oldu. Biz ümumillikdə daha 7 xəstəni itirdik”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, koronavirus dünyanın 189 ölkəsində yayılıb və xəstələrin ümumi sayı 332 930 nəfərə çatıb. 14 510 ölüm hadisəsi qeydə alınıb.