İndiyədək ölkə üzrə 2 milyon 232 min 35 nəfərdə infeksiya aşkarlanıb
Türkiyədə son sutka ərzində koronavirusdan 202 nəfər vəfat edib, 11 min 672 şəxs sağalıb. AYNA xəbər verir ki, bu barədə qardaş ölkənin Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanvarın 2-də Türkiyə üzrə 149 min 218 nəfər testdən keçirilib. 11 min 180 nəfərdə COVID-19 əlaməti aşkarlanıb, 1713 nəfər müalicəyə cəlb olunub. İndiyədək ölkə üzrə 2 milyon 232 min 35 nəfərdə infeksiya aşkarlanıb, 21 min 295 nəfər bu xəstəlikdən ölüb.