Türkiyədə COVID-19-dan bir gündə 165 nəfər ölüb

Dünya

17.01.2021 - 23:21

 

Daha 6436 nəfər koronavirusa yoluxub

 

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 165 nəfər ölüb. AYNA-nın APA-ya istinadən xəbərinə görə, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6436 nəfər COVID-19 infeksiyasına yoluxub.

 

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8812, ağır xəstələr isə 2201 nəfər olub.

 

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus  simptomları müəyyən edilməyən 2 387 101 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 262 864 nəfər sağalıb, 23 997 nəfər isə ölüb.

Müəllif: Ayna.az