Tələbələrin düyü və lobya yedikdən sonra səhhətlərində problemlər yaranıb
Türkiyədə 130 tələbənin yaşadığı yataqxanada qidadan zəhərlənmə hadisəsi qeydə alınıb.
AYNA Türkiyə mediasına istinadən bildirir ki, tələbələrin düyü və lobya yedikdən sonra səhhətlərində problemlər yaranıb.
11 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Digər zərərçəkənlərin müalicəsi davam etdirilir.