Türkiyə XİN: “Yalan danışan Yunanıstan tərəfidir”

Dünya

04.09.2020 - 15:16

Həkimlər Klinikalar SEO Xidməti

Mövlud Çavuşoğlu: "Türkiyə heç bir ilkin şərti olmayan dialoqun tərəfdarıdır"

 

“NATO-nun Baş katibi Yens Stoltenberqin Şərqi Aralıq dənizində yaşanan gərginliyin azaldılması, hərbi birliklər arasında arzuolunmaz toqquşmaların və münaqişələrin qarşısının alınması ilə bağlı təşəbbüsünü dəstəklədik”. AYNA bildirir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

 

XİN başçısı bildirib ki, Yunanıstan tərəfi əvvəlcə bu təklifə razılıq verib: “Sonra isə qərarını dəyişdi. NATO-nun vasitəçiliyi məsələsində yalan danışan qurumun Baş katibi deyil, Yunanıstan tərəfidir. Türkiyə bütün problemlərin beynəlxalq hüququn normaları çərçivəsində həllini istəyir”.

 

“Türkiyə dialoqun tərəfdarıdır. Məlum məsələlərdə Yunanıstanın haqsız olduğunu Avropa İttifaqı ölkələri də bilir. Haqlı olan tərəf danışıqlardan qaçmaz. Biz ilkin şərti olmayan danışıqların tərəfdarıyıq. Türkiyə bütün su sahələrində, o cümlədə Egey, Şərqi Aralıq dənizlərində hüquq və mənafelərini müdafiə etməkdə qərarlıdır”, - deyə Çavuşoğlu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş