"Türkiyə koronavirusla təsirli və sərt şəkildə mübarizə aparır"

Dünya

26.03.2020 - 22:00

Həkimlər Klinikalar SEO Xidməti

"Səhiyyə sistemimiz tarixi epidemiya şərtləriylə müqayisə edildiyində, bir çox ölkənin səhiyyəsindən daha güclü olduğunu sübut etdi"

 

"Türkiyə yeni tip koronavirus (COVID-19) ilə mübarizə çərçivəsində səhiyyə məsələləri ilə yanaşı, beynəlxalq əməkdaşlığa da yönəlib. Dünyanı təsiri altına alan bu ölümcül virusa qarşı aparılan mübarizənin "olmazsa olmaz" dediyimiz ən vacib şərti beynəlxalq həmrəylikdir". 

 

AYNA xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

 

F.Altun "Twitter" hesabından paylaşdığı şərhdə bildirib ki, Türkiyə koronavirusla təsirli və sərt şəkildə mübarizə aparır: "Erkəndən tədbir aldıq və fərqli ssenarilərə hazırlandıq. Səhiyyə sistemimiz tarixi epidemiya şərtləriylə müqayisə edildiyində, bir çox ölkənin səhiyyəsindən daha güclü olduğunu sübut etdi".

 

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni tip koronavirus ilə mübarizədə Türkiyənin milli addımlarını koordinasiya etməklə yanaşı, problem qarşısında qlobal bir addım atılması istiqamətində səyləri artırmaq üçün çox çalışdığını ifadə edib.

 

F.Altun, həmçinin ​​bunları qeyd edib: "Beynəlxalq həmrəylik dünyada təsiri altına almadığı bir yer belə qalmayan bu ölümcül virusa qarşı mübarizədə "olmazsa olmaz" dediyimiz ən vacib şərtdir. Bu virusun ölkələrin qlobal əməkdaşlığı iflasa uğradacaq yeni sərhədlər çəkməsinə təkan verməsinə imkan verməməliyik. Xalqların təcrid olunmuş cəmiyyətlərə çevrilməsinə imkan verməməliyik. Müxtəlif arenalarda və forumlarda beynəlxalq həmrəyliyə və qlobal əməkdaşlığa dair çağırışlarımızı davam etdirəcəyik".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş