Türkiyə Aya kosmik raket göndərəcək

Dünya

10.02.2021 - 02:47

Ərdoğan: "Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır"

 

Türkiyə 2023-cü ilin sonunda kosmosa raket buraxmağı planlaşdırır. AYNA “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli kosmik proqramın nümayişi mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O, qeyd edib ki, kosmik raket Aya enəcək.

 

"Türkiyə əsrlər boyu dünyada ədalətin, əxlaqın və barışın ilki olmuş mədəniyyətinin qapısını kosmik səyahətə açır", - dövlət başçısı deyib.

 

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Milli kosmik proqram çərçivəsində kosmosa öz vətəndaşını göndərməyi planlaşdırır.

Müəllif: Ayna.az