Zeytun bağlarına sığınan suriyalı ailələr üçün çadırlar və sobalar quraşdırılıb
Türk Qızılay Cəmiyyəti (TQC) İdlib və ətraf bölgələrdəki müharibə şəraitindən qaçaraq təhlükəsiz hesab etdikləri Türkiyə sərhədindəki zeytun ağaclarının altına sığınan suriyalılara çadır, soba və ərzaq yardımı edib. Bu barədə AYNA-ya Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.
“TQC Türkiyə sərhədinin yaxınlığında yerləşən Məşhəd Ruhin bölgəsindəki zeytun bağlarına sığınan suriyalı ailələr üçün çadırlar və sobalar quraşdırıb. Uşaqlara peçenye və şokolad paylanıb. Türk Qızılay Cəmiyyəti, həmçinin Afrin və Cinderes bölgələrində çadır quraşdırmağa və humanitar yardımlara davam edir”, - deyə məlumatda bildirilir.