Türkiyə Silahlı Qüvvələri tərəfindən 18 terrorçu məhv edilib
Antiterror əməliyyatlarını fasiləsiz olaraq davam etdirən Türkiyə Silahlı Qüvvələri, İraq və Suriyanın şimalında yuva quran PKK terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 18 terrorçu zərərsizləşdirilib. AYNA xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən yayılan açıqlamada Suriyanın Tel Rıfat əyalətində 13 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi və zərərsizləşdirilən terrorçuların “Fərat Qalxanı” əməliyyatında iştirak edən Türk Silahlı Qüvvələrinə qarşı hücuma hazırlaşdığı qeyd edilib.
Milli Müdafiə Nazirliyindən yayılan digər bir açıqlamasında isə “Türk Silahlı Qüvvələri və Milli İstihbarat Təşkilatının (MİT) koordinasiyalı işbirliyi çərçivəsində İraqın şimalındakı Kandil əyalətində həyata keçirilən hava əməliyyatı nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib. Terror təşkilatının bütün yuvaları darmadağın ediləcək” - ifadələrinə yer verilib.