Həbs olunan turistlərdə koronavirus aşkarlanıb
Tunis həbsxanalarında koronavirusa yoluxma faktı qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Tunis Həbsxanaları Baş İdarəsinin sözcüsü Sofyan Mezgiş açıqlama verib.
Mezgiş koronavirusa yoluxan məhbusun sərhədi keçmək istəyərkən tutulan və Əl Qaf şəhərində Əl-Dair həbsxanasına göndərilən xarici turist olduğunu vurğulayıb.
İdarə sözcüsü məhbusla əlaqə saxlayan bir qrup məhbusun da sınaqdan keçirildiyini bildirib.
Qeyd edək ki, Tunisdə 1146 nəfər koronavirusa yoluxub, 50 nəfər isə həyatını itirib.