Tramp Vaşinqtonda mitinq təyin etdi

Dünya

02.01.2021 - 12:19

Hazırkı Prezident tərəfdarlarını etiraza səsləyir

 

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 6 yanvarda tərəfdarlarına etiraz mitinqini barədə çağırış edib. AYNA xəbər verir ki, Tramp “Twitter”də aksiyanın Vaşinqtonda saat 11: 00-da başlayacağını yazıb.

 

Mitinqin harada keçiriləcəyini dövlət başçısı daha sonra elan edəcəyini bildirib.

 

Mitinqin tarixi təsadüfən seçilməyib. Belə ki, yanvarın 6-da ABŞ Konqresi Demokrat Partiyanın Prezident seçilmiş namizədi Co Baydenin qalibiyyətini təsdiqləyəcək.

 

Xatırladaq ki, Trump etiraz ehtimalına işarə edərək, bu dəfə seçki nəticələrinin saxtalaşdırılmasına dair bir çox sübutlar təqdim olunacağını bildirmişdi. O, hesab edir ki, bu seçkilər Amerika tarixində ən fırıldaqçı seçkidir.

 

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 3 noyabr 2020-ci ildə keçirildi. Səsvermənin nəticələrinə görə, Demokrat Partiyasının namizədi Co Bayden seçkilərdə qalib gəlib. Hazırkı Prezident D.Tramp isə seçkilərin nəticəsini qəbul etmir, saxtakarlıqların olduğunu iddia edir.

 

C.Bayden yanvarın 20-də and içəcək və ABŞ Prezidenti olaraq fəaliyyətə başlayacaq.

Müəllif: Ayna.az