Tramp: “ABŞ-ın İranla atəşkəsi artıq işə yaramır”

Dünya

08.07.2026 - 13:32

ABŞ Prezidenti İranla müqavilənin ləğv olunduğunu elan etdi

“İki ölkənin hücumlarından sonra ABŞ-ın İranla atəşkəs müqaviləsi artıq qüvvədə deyil”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Reuters" agentliyinə deyib.

ABŞ Prezidenti bu məsələ ilə bağlı suala cavab olaraq bildirib: "Mənim üçün müqavilə artıq qüvvədə deyil. Onlarla heç bir əlaqədə olmaq istəmirəm. Onlar fırıldaqçılardır, xəstə insanlardır".

Tramp hesab edir ki, Tehranla danışıqların davam etdirilməsi "vaxt itkisidir" və buna görə də artıq danışıqlarda heç bir məna görmür.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazındakı hücumlara cavab olaraq İrana qarşı zərbələr endirildiyini açıqlayıb. İslam Respublikasının Xarici İşlər Nazirliyi Vaşinqtonu anlaşma memorandumuna əməl etməməkdə günahlandırıb və Amerika tərəfinin son üç həftə ərzində onun şərtlərini dəfələrlə pozduğunu bəyan edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş