ABŞ İranın Hörmüzdə ticarət gəmilərinə hücum etdiyinə inanır
ABŞ İranın 6 iyulda Hörmüz boğazında ticarət gəmilərinə ən azı iki raket atdığını düşünür. AYNA.AZ “Axios”a istinadən bildirir ki, bu barədə ABŞ administrasiyasındakı mənbələr qeyd edib.
Nəşrin məlumatına görə, "hücumlar ABŞ və İran arasında Hörmüz boğazında zərbələrin dayandırılması ilə bağlı bir həftəlik razılaşmanın müddəti bitdikdən sonra baş verib".
“Axios” bunun Vaşinqton və Tehran arasında anlaşma memorandumunu təhlükə altına qoyduğunu yazıb.
Nəşr iddia edir ki, "ABŞ, ehtimal ki, İrandakı hədəfləri vuraraq qisas alacaq".