Qaqik Tsarukyan həbs edilib

Dünya

07.07.2026 - 21:05

Ermənistanda müxalifət lideri iki ay müddətinə həbs olunub

Ermənistanda məhkəmə müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Tsarukyana qarşı dələduzluq və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması) maddələri üzrə ittiham irəli sürülüb.

Qeyd edək ki, bundan əvvəl Qaqik Tsarukyanın evində axtarış aparılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş