İran Küveyt və Bəhreyndəki ABŞ bazalarına zərbə endirib

Dünya

08.07.2026 - 11:10

“Əməliyyata müdaxilə etməyə cəhd edən düşmənin MQ-9 pilotsuz təyyarəsini vurub"

Tehran ABŞ-ın İrana qarşı hücumlarına cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına hücum edib. AYNA.AZ “Fars”a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

SEPAH-ın Küveyt və Bəhreyndəki ABŞ bazalarına hücum etdiyi bildirilir.

Bəyanatda deyilir: "Bu təcavüzə ilkin cavab olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz və aerokosmik bölmələri birgə raket və pilotsuz təyyarə əməliyyatı çərçivəsində Salman limanında, Bəhreyndəki Beşinci Donanma ərazisində və Küveytdəki Əli əl-Salim Hava Bazasında 85 mühüm ABŞ hərbi obyektinə zərbə endirib. Əməliyyata müdaxilə etməyə cəhd edən düşmənin MQ-9 pilotsuz təyyarəsini vurub".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş