Gürcüstandan 54 xarici vətəndaş deportasiya edilib

Dünya

07.07.2026 - 16:39

Deportasiya olunan bütün şəxslərin ölkəyə yenidən daxil olması qadağan edilib

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları agentliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə həyata keçirilən tədbirlər nəticəsində 54 xarici vətəndaşı ölkədən çıxarıblar.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, ölkənin Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə, Türkmənistan, Rusiya, Hindistan, Azərbaycan, Belarus, Pakistan, Nigeriya, Misir, Filippin və digər ölkələrin vətəndaşları - ümumilikdə 54 nəfər Gürcüstandan çıxarılıb.

Bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya olunan bütün şəxslərin ölkəyə yenidən daxil olması qadağan edilib.

“Qanunsuz miqrasiyaya qarşı mübarizə Gürcüstan DİN-in prioritet sahələrindən biridir”, - deyə qeyd olunub.

Son statistikaya görə, bu ilin əvvəlindən bəri ölkədən artıq 2090 qanunsuz miqrant çıxarılıb: yanvar ayında 232, fevral ayında 312, mart ayında 360, apreldə 401, mayda 340 və iyun ayında 391.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş