Tixanovskaya seçkilərin nəticələrini tanımadı

Dünya

10.08.2020 - 12:16

Həkimlər Klinikalar SEO Xidməti

“Yaxınlarda müxalifətin növbəti hərəkət planı açıqlanacaq”

 

Belarus prezidentliyinə namizəd Svetlana Tixanovskayanın qərargahı Mərkəzi Seçki Komissiyasının (MSK) seçkilərin nəticələri ilə bağlı elanını tanımır. Bu barədə AYNA xarici mətbuata istinadən məlumat verir.

 

Qərargahdan bildirilib ki, bütün dairələrdəki seçki məntəqələrindən verilən məlumatlar göstərir ki, seçicilərin 70-80 faizi Tixanovskayaya səs verib.

 

“Yaxınlarda müxalifətin növbəti hərəkət planı açıqlanacaq”, - deyə qərargahdan vurğulanıb.

 

Qeyd edək ki, bu gün MSK prezident seçkilərinin ilkin nəticələrini elan edib. Nəticələrə əsasən, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko seçicilərin 80,23 faizinin səsini toplayaraq qalib olub. Tixanovskaya isə 9,90 faiz səslə ikinci yerdə qərarlaşıb.

 

Müxalifət tərəfdarları seçkilərdə saxtakarlığın olduğunu bildirərək dünəndən etibarən Belarusun paytaxt Minsk olmaqla, bir neçə şəhərində mitinqlər keçirirlər. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş