Makron ərəblərin yardımına tələsir, amma fransızlar narazıdır

Dünya

18.09.2019 - 15:20

“Rəsmi Paris ABŞ-İran qarşıdurmasına qarışmamalıdır”

 

Fransa, “Saudi Aramco” neft şirkətinə edilən hücumu araşdırmaq üçün Səudiyyə Ərəbistanına mütəxəssislər göndərəcək. AYNA ərəb mətbuatına istinadən xəbər verir ki, bu barədə Versal sarayından açıqlama verilib.

 

Açıqlamada Prezident Emmanuel Makronun baş verən hadisəni sərt şəkildə qınadığı vurğulanıb. Buna cavab olaraq, Səudiyyə şahzadəsi Məhəmməd bin Salman Fransanın davranışını təqdir edib.

 

Lakin prosesləri müşahidə edən fransalı ekspertlər rəsmi Parisi ABŞ-İran qarşıdurmasına qarışmamağa çağırırlar. Onların fikrincə, bu addım Fransa diplomatiyasına zərbə vura bilər.

 

Qeyd edək ki, sentyabrın 11-i gecə saatlarında Səudiyyə Ərəbistanının Cazan vilayəti çoxsaylı hücumlara məruz qalıb. Yəmən husiləri tərəfindən Səudiyyənin bir sıra hərbi düşrəgələrinə zərbələr endirilib.

 

Səudiyyə Ərəbistanı hökumətinin hələlik açıqlama vermədiyi hadisə nəticəsində, bir çox səudiyyəli əsgərin öldüyü və yaralandığı bildirilir. Digər bir mənbədə isə qeyd olunur ki, Nərcan şəhərində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə aid pilotsuz uçuş aparatı husilər tərəfindən vurulub.

Müəllif: Ayna.az