“Batkivşina” tezliklə normal həyata və işinə qayıdacaq
Ukraynanın keçmiş Baş Naziri, Ali Radadakı “Batkivşina” fraksiyasının lideri Yuliya Timoşenko koronavirusdan sağalıb. AYNA xarici KİV-ə istinadən bildirir ki, bu barədə onun mətbuat katibi Marina Soroka məlumat verib.
“Yulia Vladimirovnadan yenidən götürülən COVID-19 testinin nəticəsi mənfi çıxıb. Timoşenko özünü daha yaxşı hiss edir. Hələ ki, səhhətində müəyyən problemlər var, amma müalicə yaxşı gedir. Tezliklə normal həyata və işinə qayıdacaq”, - deyə Soroka qeyd edib.
Qeyd edək ki, 23 avqustda Timoşenkonun koronavirusa yoluxduğu açıqlanıb. “Batkivşina” liderinin süni tənəffüs aparatına qoşulduğu bildirilsə də, sonradan yaxınları bunu təkzib etdilər.