Bu, Texasda bu il ərzində ikinci böyük yanğın hadisəsidir
ABŞ-ın Texas ştatında kimyəvi zavodda yanğın olub.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, 50 min insanın təxliyyəsi haqda çağırış edilsə də, yanğın lokallaşdırıldıqdan sonra buna ehtiyac qalmayıb. Əyalət rəhbəri Cefferson Ceff Brenikin sözlərinə görə, yanğın tam söndürülməsə də, yayılmasının qarşısı alın.
Qeyd edək ki, bu Texasda bu il ərzində ikinci böyük yanğın hadisəsidir. İyulda neftəmizləyici zavodda baş vermiş yanğında 10 nəfərdən çox insan xəsarət almışdı.