Tehran Vaşinqtonla danışıqları təsdiqləyib

Dünya

19.05.2024 - 11:46

Həkimlər Klinikalar SEO Xidməti

İran və ABŞ arasında dolayı danışıqlar aparılıb

İran və ABŞ arasında dolayı danışıqlar aparılıb. AYNA-nın İRNA-ya istinadən məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

Missiya aydınlaşdırıb ki, danışıqlar “davamlı prosesdir” və bu danışıqlar ilk deyil və sonuncu da olmayacaq.

Bu açıqlama ABŞ-ın “Axios” xəbər saytının ABŞ administrasiyasının iki yüksək səviyyəli rəsmisinin bu həftə Omanda İran rəsmiləri ilə dolayı danışıqlar aparması barədə xəbərindən sonra verilib.

“Axios”un danışıqlardan xəbəri olan iki mənbəyə istinadən verdiyi məlumata görə, Amerika tərəfini Prezident Co Baydenin Yaxın Şərq üzrə baş müşaviri Brett Makqurk və ABŞ-ın İrandakı səfiri vəzifəsini icra edən Abram Paley təmsil edib. İran tərəfini kimin təmsil etdiyi məlum deyil.

Müəllif: Ayna.az