Saxlanılanlar "itaətsizlik” və “dələduzluq”da ittiham olunurlar
Tbilisidə parlament binası və Milli Kitabxana qarşısında davam edən aksiyalarda saxlanılanlar var.
AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis aksiya iştirakçılarından 6 nəfəri həbs edib. Onlar “Leyboristlər” partiyasının üzvləridir. Saxlanılanlar "itaətsizlik” və “dələduzluq”da ittiham olunurlar.
Qeyd edək ki, mitinqçilər noyabrın 28-də parlament binasının girişini tutmağa cəhd etmişdilər. Onlar parlamentdə proporsional seçki sisteminə keçilməsini tələb edirlər.