Putinin mobil telefonunun sirri məlum oldu

Dünya

29.09.2019 - 04:19

 Putinin telefon danışıqları hərbi peyklər vasitəsilə şifrələnmiş şəkildə ötürülür

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərqli mobil telefonu uzun müddət diqqət cəlb edirdi. AYNA oxu.az-a istinadən bildirir ki, rus mətbuatının prezidentə yaxın mənbədən aldığı məlumata görə, həmin telefon dinləmələrə qarşı müdafiə ilə təchiz olunub. Əsasən rəsmi söhbətlərin aparıldığı bu telefon digərlərindən “daha qalın”dır. Mobil cihazın daxilində kənar dinləmələrin qarşısını alan bir neçə müdafiə səviyyəsi mövcuddur.

 

Mənbə onu da qeyd edib ki, Putinin telefon danışıqları hərbi peyklər vasitəsilə şifrələnmiş şəkildə ötürülür. Buna görə də indiyə qədər Rusiya Prezidentinin heç bir telefon danışığı özünün razılığı olmadan ictimaiyyətə açıqlanmayıb.

 

Bundan başqa, Putinin avtomobilində telefon stansiyası var. Prezidentin mühafizəçiləri istədikləri vaxt onunla xüsusi əlaqəyə girə bilirlər.

Müəllif: Ayna.az